Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb
Bakı, 30 iyul, AZƏRTAC
Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 73-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, Vayanadda axtarış-xilasetmə işlərini Hindistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qüvvələrinin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları həyata keçirirlər.
Ümumilikdə 100-ə yaxın insan xilas edilib.
Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən ölən və yaralananların sayının arta biləcəyi istisna edilmir.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Ölənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]