Hindistanın qızıl idxalı 94 faiz azalıb
Bakı, 20 iyul, AZƏRTAC
Hindistanın qızıl idxalının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 94 faiz azalıb.
AZƏRTAC “The Economic Times” nəşrinə istinadla xəbər verir ki, bu barədə Hindistanın Ticarət Nazirliyi məlumat yayıb.
“Daxili tələbatın azalması səbəbindən cari ilin aprel-iyun aylarında ölkənin qızıl idxalı 94 faiz aşağı düşərək 688 milyon dollara çatıb. 2019-cu ilin analoji dövründə ölkəyə 11,5 milyard dollar həcmində qızıl gətirilmişdi”, - deyə nazirlikdən bildirilib.
Hindistanın qızıl idxalı 2019-cu ilin dekabrından azalmağa başlayıb. Xaricdən alınan qızıl, neft, sənaye məhsulları və digər malların həcminin aşağı düşməsi iyun ayında ümumi idxal həcminin 47,5 faiz azalmasına səbəb olub. Eyni zamanda, ixracın azalma tempi may ayı ilə müqayisədə 12,4 faiz zəifləyib. Nəticədə Hindistan ötən ay 18 ildə ilk dəfə xarici ticarətdə profisitə nail olub.
Hindistan dünyanın ən iri qızıl idxalçılarından biridir. Onun illik qızıl idxalının həcmi 800-900 tona çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]