HÜQUQU POZAN ŞƏXSLƏR CƏRİMƏLƏNİRLƏR
AZƏRTAC xəbər verir ki, ötən yeddi ay ərzində Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsində gömrük qaydaları əleyhinə inzibati xəta haqqında iş üzrə 20 icraat aparılmış, hüququ pozan şəxslərə qarşı 24 milyon 552 min manat cərimə tətbiq edilmişdir. Müsadirə üçün məhkəməyə göndərilən malların dəyəri 303 milyon 627 min manat olmuşdur. Hesabat dövründə əlvan metalların, mədəni sərvətlərin, qızıl və zinət əşyalarının, valyutanın, kürünün, narkotiklərin və digər əşyaların qaçaqmalçılığının qarşısının alınması məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, istintaq və təhqiqatdan yayınan şəxslərin axtarışı üzrə gömrük orqanları məlumatlandırılmışdır.