“İcbari Sığorta Bürosu” HŞİ Himayəçilər Şurasının yeni üzvləri seçilib
Bakı, 2 sentyabr, AZƏRTAC
“İcbari Sığorta Bürosu” (İSB) Hüquqi Şəxslərin İttifaqının İştirakçılarının və Himayəçilər Şurasının növbədənkənar iclasları keçirilib.
İSB-dən AZƏRTAC-a bildirilib ki, iclaslarda təşkilati məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Qərarlara əsasən, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı Himayəçilər Şurasının tərkibində yeni təyinatlar olub.
“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz Rövşən oğlu İsmayılov Himayəçilər Şurasının sədr müavini təyin edilib. O, bu vəzifədə hazırda “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarovanı əvəz edib.
“Qala Sığorta” ASC-nin Direktorlar Şurası sədrinin müavini Aydın Səməd oğlu Rəhmanov da Himayəçilər Şurasının üzvü təyin edilib. O, bu vəzifədə “Xalq Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini Mətanət Alim qızı Nərimanlını əvəz edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]
Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb
- 23.09.2026 [11:20]
AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
- 23.09.2026 [11:16]