İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Xaçmazda vətəndaşları qəbul edəcək
Bakı, 10 fevral, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2023-cü il fevralın 24-də Xaçmaz, Şabran, Siyəzən rayon sakinlərini qəbul edəcək.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qəbul Xaçmaz şəhərinin N.Nərimanov küçəsi, 49 ünvanında yerləşən Xaçmaz rayon Mərkəzi Xəstəxanasının konfrans zalında saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Xaçmaz, Şabran, Siyəzən rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilən siyahısı əsasında qəbul ediləcək.
Qəbula qeydiyyat 2023-cü il fevralın 23-də saat 18:00-da yekunlaşır.