SİYASƏT
İcma: Cozef Borel Avropa İttifaqını gözdən salır
![İcma: Cozef Borel Avropa İttifaqını gözdən salır](/files/2023/3/1200x630/16951398296232327657_1200x630.jpg)
Bakı, 19 sentyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin qərəzli açıqlamasını qətiyyətlə rədd edir.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd edilib ki, əslində, C.Borel xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.
“C.Borel belə mövqe ilə Avropa İttifaqını Azərbaycan cəmiyyətində gözdən salır”, - deyə məlumatda vurğulanıb.