İCRA NÜMAYƏNDƏLƏRİ ƏHALİYƏ HESABAT VERİRLƏR
AZƏRTAC xəbər verir ki, Bərdə rayon icra hakimiyyətinin yaşayış məntəqələrindəki 35 ərazi icra nümayəndəliyinin 20-də səhiyyə, təhsil, mədəniyyət işçilərinin, bələdiyyələrin, hüquq mühafizə orqanları işçilərinin iştirakı ilə hesabat yığıncaqları keçirilmişdir.
Yığıncaqlarda ötən ilin yekunları müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. İştirakçılar şəhər və kəndlərdə tikinti- abadlıq işlərini genişləndirmək, sosial məsələlərin həllini yaxşılaşdırmaq barədə fikir və rəylərini bildirmiş, təcrübə mübadiləsi aparmışlar.