IDEALIST-extend LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MƏLUMAT GÜNÜ KEÇİRİLMİŞDİR
Azərbaycan Prezidenti İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə çıxış edərək, ölkəmizdə informasiya cəmiyyətinin yaradılmasının əhəmiyyətindən danışmış və bu sahədə mühüm tədbirlər həyata keçirildiyini vurğulamışdır.
AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev informasiya cəmiyyətinin rolundan bəhs etmişdir.
Niderlandda IST proqramının milli dayaq məntəqəsinin nümayəndəsi, AB-nin eksperti Erik van Pelt Avropa Birliyi 7-ci çərçivə proqramı haqqında məlumat vermişdir.
Sonra 2002-2006-cı illəri əhatə edən AB 6ÇP-nin nəticələri və 2007-2013-cü illərdə reallaşdırılacaq AB 7ÇP-nin məqsəd və istiqamətləri barədə məruzələr dinlənilmiş, AB layihələrində iştirak qaydaları və Azərbaycan təşkilatlarının bu layihələrə qoşulmaq imkanları müzakirə olunmuşdur.
Tədbirdə IDEALIST-extend layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrinə görə informasiya texnologiyaları üzrə 2 mütəxəssis Avropa Birliyinin konfranslarında iştirak etmək üçün qranta layiq görülmüşdür.