İdman dırmanması üzrə açıq ölkə çempionatı başa çatıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) və “Qərb Universiteti” idman klubunun təşkilatçılığı ilə keçirilən idman dırmanmasının sürət növü üzrə açıq ölkə çempionatı uğurla yekunlaşıb.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, “Qərb Universiteti” idman klubunun bazasında keçirilən yarışda ən yüksək sürət nümayiş etdirən iştirakçılar qalib adına layiq görülüb. Çempionatın nəticələrinə görə, oğlanlar arasında yarışda Ramel Rəhimxanov birinci, Zöhrab Şahbalayev ikinci, İlham İsrafilov üçüncü olublar. Qızların mübarizəsində isə Reyhan Məmmədova, Sima Səfərova və Şahidə Qasımova ilk üç yerlərdə qərarlaşıblar.
Komandalar arasında yarışda isə “Ekosport”, “FHN” və “Rock Stone” klubları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdi tutub.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, FAIREX-in kubok və medalları təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [21:17]
Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb
- 10.02.2026 [18:24]
Reytinq turnirində medal qazanan güləşçi: Çox sevincli və qürurluyam
- 10.02.2026 [18:07]
Qurban Qurbanov: Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi
- 10.02.2026 [17:54]
İki soydaşımız boks üzrə Gürcüstan çempionu olub
- 10.02.2026 [17:50]
Azərbaycan kikboksçusu Türkiyədə növbəti döyüşünə çıxacaq
- 10.02.2026 [16:50]
Premyer Liqa: “Qarabağ” son dəqiqə qolu ilə qələbə qazanıb
- 10.02.2026 [15:33]
“Monako” baş məşqçisinə görə hər oyunda cərimələnir
- 10.02.2026 [14:26]