BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb
Bakı, 10 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycanda Elm Günü ilə əlaqədar müasir elmin aktual problemlərinə həsr olunan silsilə tədbirlərə start verilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar fevralın 10-dan bütün fakültələrdə elmi seminar, elmi və elmi-publisistik mühazirə və ustad dərslərinə başlanılıb.
Artıq altı ildir BDU əməkdaşları arasında 27 Mart - Azərbaycanda Elm Gününə həsr edilən “İlin alimi” nominasiyası üzrə müsabiqə elan olunur. Müsabiqənin məqsədi BDU-nun il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələr əldə etmiş, nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş əməkdaşlarının mükafatlandırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
- 30.09.2026 [16:02]