Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baharın müjdəçisi Xıdır Nəbi bayramı – Tovuzdan reportaj

Tovuz, 10 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Bu gün Novruzun ilk müjdəçisi olan Xıdır Nəbi (bəzi bölgələrdə Xızır Nəbi kimi adlandırılır – red.) gecəsidir. El arasında qədim ənənələrlə qeyd olunan bu bayram fevralın 10-dan 11-nə keçən gecəyə təsadüf edir. Xıdır Nəbi bayramı qışın ən çətin dövrü hesab edilən “Kiçik çillə”nin birinci on günlüyü başa çatdıqda qeyd olunur.

Məhz bu andan etibarən təbiətin oyanışını xəbər verən "Xıdır gecələri" başlayır. Rəvayətə görə, Xıdır peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk xəbərçisi sayılır. Uzun illərdir ki, sakinlər hər il bu günü özünəməxsus ayinlər və adət-ənənələrlə qarşılayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlər bu bayramı baharın gəlişinin ilk müjdəçisi kimi böyük sevinclə qeyd edirlər. Tovuzun kəndlərində bu qədim bayram özünəməxsus ənənələri ilə bu gün də yaşadılır.

Adətə görə, bu gün hər bir tovuzlu ailəsinin süfrəsində mütləq qovut olmalıdır. Bayram hazırlıqları çərçivəsində qız-gəlinlər evlərdə təmizlik işləri görür, ləzzətli qovutlar hazırlayırlar. Halva dadını xatırladan qovut həm sadə tərkibi, həm də tez ərsəyə gəlməsi ilə seçilir. Hazırlanma qaydasına gəlincə, buğda və ya qarğıdalı üyüdülərək qovrulur, daha sonra isə bəhməzlə isladılıb xüsusi formaya salınır. Qovutun əsas üstünlüklərindən biri də onun dadını itirmədən uzun müddət yararlı qalmasıdır.

“Bu, torpağın oyanışı deməkdir. Xıdır Nəbi bayramı gəlişi ilə sanki Novruzu səsləyir. Bundan sonra “yalançı” və “xəbərçi” çərşənbələr, ardınca isə Novruzun dörd əsas çərşənbəsi yurdumuza qədəm qoyacaq.

Xıdır Nəbi bayramında nənələrimizin özünəməxsus adətləri olardı. Məsələn, bu bayramda əriştə kəsilər, buğda və qarğıdalının içinə müxtəlif ədviyyatlar qatılardı. Sonra bu qarışığı üyüdüb un halına salardılar. Həmin un bəhməzlə yoğurularaq xüsusi bir təam hazırlanırdı. Bu, Azərbaycan mətbəxinin ən əvəzedilməz və möhtəşəm şirniyyatlarından sayılır. Necə ki, Novruz bayramının simvolu şəkərbura və paxlavadır, Xıdır Nəbi bayramının rəmzi şirniyyatı da məhz qovutdur”, – deyə rayon sakini Məlahət Hacıyeva bildirib.

İnanca görə, məhz bu gündən etibarən qışın məşəqqətli günləri arxada qalır, təbiətdə yazın həlim nəfəsi duyulmağa başlayır. Sanki bütün kainat dərin yuxudan oyanır. Xalq rəvayətlərinə görə, insanları dardan qurtaran, qışın çətin sınaqlarında evlərə ruzi və bərəkət paylayan Xıdır Nəbi bu günlərdə hər bir qapını döyür.

Xıdır Nəbi İslam dünyasında, eləcə də Türk və Qafqaz xalqlarının mifik inanclarında müdriklik, ilahi, elm və bərəkət rəmzi olan müqəddəs şəxsiyyət kimi qəbul edilir. O, zaman və məkan hüdudlarını aşan ölməzliyi, ehtiyac sahiblərinə əl tutması ilə xalq yaddaşında dərin iz qoyub.

Məlahət Hacıyeva bu qədim inancın mahiyyəti barədə daha ətraflı məlumat verərək bildirib: “Türk və Azərbaycan xalq inanclarında Xıdır Nəbi bolluq və ruzinin hamisidir. Qışın sonunda keçirilən mərasimlər birbaşa torpağın canlanması və yeni həyatın başlanğıcı ilə əlaqədardır. Xalq düşüncəsində Xıdırın ayaq basdığı yerdə yaşıllıq bitər, həyat qaynayar. Təsadüfi deyil ki, onun adı da “yaşıllıq” mənasını verən köklə bağlıdır. Gündəlik dilimizdə işlətdiyimiz “Xıdır köməyin olsun” duası da bu qədim inancın bu günümüzə qədər gəlib çatan əks-sədasıdır”.

Xıdır Nəbi obrazının əsas qüdrəti onun rəmzi mahiyyətində gizlənir. O, insanlara səbirli olmağı, görünənin arxasındakı həqiqəti anlamağı və hər bir çətinliyin bir hikməti olduğunu öyrədir. Bu inanc insanı ümidsizlikdən uzaqlaşdırır, hər qaranlıq gecənin bir işıqlı sabahı olduğu düşüncəsini möhkəmləndirir. Məhz buna görə də Xıdır Nəbi əsrlər boyu həm dini mətnlərdə, həm də xalqın mənəvi yaddaşında sarsılmaz ümid mənbəyi kimi yaşamaqdadır.

Bu gecənin bayram edilməsi həm də astronomik bir keçiddir. Artıq günlər uzanır, havalar isinir və yazın ətri duyulur. Bu mübarək günlərdə insanlar bir-birini bayram münasibətilə təbrik edir, baharın böyük şöləninə – Novruza hazırlıqlara başlayırlar. Xıdır Nəbidən sonra isə yurdumuzda çərşənbələr başlayır...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şuşa yenidən ağ örpəyə bürünüb

Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək – MÜSAHİBƏ

ABŞ-ın Vitse-prezidenti: Əminəm ki, sülh sazişinin reallaşması gələcəkdə əmin-amanlıq yaradacaq

Ceyms Devid Vens: Biz istərdik ki, bir-birimizlə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək

Prezident: TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik

Vens: TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq

ABŞ-ın Vitse-prezidenti: Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır

Prezident: Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyev: Tramp marşrutu regionda sülhü gücləndirəcək

Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

Azərbaycan Prezidenti: Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərinin ən vacib nəticələrindən biri TRIPP layihəsidir

Ceyms Devid Vens: ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Prezident: Dünyanın ən güclü dövləti ilə strateji tərəfdaşlığın qurulması bizim üçün böyük şərəfdir

Prezident İlham Əliyev: Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir

Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib - YENİLƏNİB

Bakının içməli su təhlükəsizliyi: Strateji layihələr və dayanıqlı təchizat - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNƏCƏK

Süni intellekt iş yükünü azaltmır, əksinə artırır  - Tədqiqat

Gələcəyin peşəsi: etibarlı rəqəmsal xidmətlərin yaradılmasında keyfiyyətə nəzarət mühəndisin rolu – MÜSAHİBƏ

Rəhman Quliyev: Qış turizmi yerli sahibkarlığın inkişafını stimullaşdırır

Baharın müjdəçisi Xıdır Nəbi bayramı – Tovuzdan reportaj

AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans keçirilib

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb

Reytinq turnirində medal qazanan güləşçi: Çox sevincli və qürurluyam

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub VİDEO

ABŞ-ın Vitse-prezidenti: Azərbaycana getməkdən çox məmnunuq

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

AQTİ sertifikatlaşdırmanı davam etdirir

Ukraynalı politoloq: Ölkədə prezident seçkilərinin keçirilmə vaxtı proseslərin inkişafından asılıdır VİDEO

Ukraynalı politoloq: Ölkədə prezident seçkilərinin keçirilmə vaxtı proseslərin inkişafından asılıdır VİDEO

Böyük Dil Modelləri həmişə doğru cavab vermir – Mütəxəssis izah edir

Qurban Qurbanov: Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi

Ruben Vardanyanın məhkəməsində məhkəmə baxışı başa çatıb, hakimlər müşavirəyə gedib

AMEA alimləri Ağdamdakı “İmarət” kompleksində tədqiqat aparıblar

Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub VİDEO

Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub VİDEO

İki soydaşımız boks üzrə Gürcüstan çempionu olub

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda yerli iqlim fəaliyyəti barədə məlumatlılığı artırır

Azərbaycan kikboksçusu Türkiyədə növbəti döyüşünə çıxacaq

GDU-da elektron kitabxana istifadəyə verilib

Hamamdərə termal bulağının turizm potensialı araşdırılır

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

İcbari Sığorta Bürosu 2025-ci ildə icra olunmuş strateji layihələri təqdim edib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

İsrailli ekspert: Azərbaycan Avropanın enerji sabitliyinin təmin edilməsində xüsusi rol oynayır

Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı: Strateji tərəfdaşlığın yeni konturları TƏHLİL

Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələr ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyə hazırdırlar

Müasir risklər və uşaq hüquqlarının qorunması – ŞƏRH

Roma Papası Azərbaycana dəvət olunub

Premyer Liqa: “Qarabağ” son dəqiqə qolu ilə qələbə qazanıb

Elm və təhsilin inteqrasiyası: praktik nəticələr və perspektivlər

ABŞ şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya yatırmaqda maraqlıdırlar

“Baku Fashion Club” platformasının rəhbəri: Vyana xeyriyyə balı çərçivəsində Azərbaycan brendinin nümayişi olacaq

® Daha 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

Ekspert Azərbaycanı regional məsələlərdə ABŞ-ın əsas tərəfdaşına çevirən amilləri göstərib

Azərbaycan və İordaniya arasında gömrük sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

İcbari Sığorta Bürosu yeni innovativ layihə hazırlayır

Vyana balının təşkilatçısı: Layihə ölkələr arasında dostluğu möhkəmləndirir və işgüzar əlaqələri inkişaf etdirir

Azərbaycanı kamandan oxatma üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək

Çexiyada yeniyetmələr süni intellektdən ən çox təhsil üçün istifadə edirlər

“Azərbaycanın hərb tarixi” proqramı çap olunub

“Regional İnkişaf” İctimai Birliyi sosial və təhsil layihələrini dəstəkləyir

Türklüyün birləşdiyi məkan - İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi” VİDEO

Türklüyün birləşdiyi məkan - İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi” VİDEO

Neftin qiymətinə geosiyasi faktorun təsiri uzun müddət davam edəcək

Mixail Finkel: ABŞ Cənubi Qafqaz ölkələri ilə dialoqu gücləndirir

Vyana balının Bakı nümayəndəsi: Bu qəbildən tədbirlərin keçirilməsi ölkələr arasında diplomatik və mədəni körpüləri möhkəmləndirir

AKTİ-nin sədri: "Şəhərsalma və Memarlıq İli”ndə könüllülərimizin tədbirlərdə fəal iştirakı nəzərdə tutulur

Sabah axşam yağıntılar tədricən kəsiləcək VİDEO

Sabah axşam yağıntılar tədricən kəsiləcək VİDEO

Bakıda elmi-praktik konfransda Türk dünyasının elmi birliyi müzakirə olunub VİDEO

Bakıda elmi-praktik konfransda Türk dünyasının elmi birliyi müzakirə olunub VİDEO

® Mühasibatlıq xidmətləri – vergi və peşəkar mühasibat uçotu üçün müraciət edin!

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

“Monako” baş məşqçisinə görə hər oyunda cərimələnir

Nepalda sərnişin avtobusu çaya düşdü: 10 ölü

R.S.İsmayılovun Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ABŞ-ın Vitse-prezidentinə açıq məktub Azərbaycan vətəndaş cəmiyyətinin dialoqa sadiqliyini nümayiş etdirir ŞƏRH

BDU-da Elm Gününə həsr edilən tədbirlərə başlanılıb

Yaponiyada güclü qar 46 nəfərin həyatına son qoyub

Kristof Frerinq: “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” şəhərlərə iqlim öhdəliklərinin icrasında dəstək verir VİDEO

Kristof Frerinq: “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” şəhərlərə iqlim öhdəliklərinin icrasında dəstək verir VİDEO

Oğurladıqları bank kartı ilə alış-veriş edən şəxslər saxlanılıb

Mətbuat Şurası: Qida və pərakəndə sektorla bağlı iddialar ciddi faktlara söykənməlidir

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

Prezident İlham Əliyev mürəkkəb şəraitdə uzaqgörən siyasət həyata keçirir - ŞƏRH

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib

Filippində Mayon vulkanı yenidən püskürüb

Azərbaycan tarixində bərpaolunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

AzMİU ilə İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb

Lənkəranda üçuşaqlı ana üçəm dünyaya gətirib

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək VİDEO

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək VİDEO

® “Carlsberg Azerbaijan” 2025-ci ili yüksək göstəricilərlə başa vurub

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib

Elbay Qasımzadə: Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dünya təcrübəsində nadir hadisədir - MÜSAHİBƏ

“Şamaxı”-“Qarabağ” matçının başlama saatı dəyişdirilib

Astronomlar Venerada ilk dəfə vulkan püskürməsini qeydə alıblar