İDMAN
İdman dırmanması üzrə “Gömrükçü” İdman Klubunun açıq beynəlxalq birinciliyi keçirilib
![](/files/galleryphoto/2018/2/1200x630/1535460960169263140_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354609603918817141_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354609606098940581_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354609603783242483_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354609605326853861_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354609606006464952_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354611266269313917_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354612222474543620_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15354612224204212842_1200x630.jpg)
Bakı, 28 avqust, AZƏRTAC
“ClimBaku” Dırmanma Mərkəzində idman dırmanması üzrə kiçik yaşlı yeniyetmələr arasında “Gömrükçü” İdman Klubunun açıq beynəlxalq birinciliyi keçirilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX), eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” İdman Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə yerli idmançılarla yanaşı, Rusiyanın, Türkiyənin, İranın və Gürcüstanın 8 klubunun 30-dək üzvü mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, idman dırmanmasının çətinlik növü üzrə oğlanlar və qızlar arasında keçirilən yarışda Azərbaycanın “Gömrükçü”, “Kyanite” idman klubları, Türkiyə Dağçılıq Federasiyasının A və B komandaları, Rusiyanın ÇSKA, İranın “Zanjan Climbing House”, Gürcüstanın “Tbilisi S.K. Lucky” və “Nigozia Climbers” klubları yarışıblar.
Yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, FAIREX-in vitse-prezidenti Arzu Mustafayev, Türkiyə Dağçılıq Federasiyasının prezidenti Ersan Başar iştirak ediblər.
Xəzər İsayev açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, dırmanma idman növünün Olimpiya Oyunlarının proqramına daxil edildiyini vurğulayıb, bu idman növündə ölkəmizdə kütləviliyin təmin olunması istiqamətində görülən işlərdən söz açıb. Xəzər İsayev bu növ üzrə yeniyetmə yaş qrupu üzrə beynəlxalq yarışın ilk dəfə təşkil edildiyin, bu turnirin gələcəkdə ənənə halını alacağına ümidvar olduğunu bildirib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, çempionat açıq elan edilib.
Klubun şaolin idmançılarının nümunəvi çıxışlarından sonra yarışlar final mərhələsi ilə davam edib. Gərgin keçən mübarizənin yekununda qaliblər müəyyənləşib.
Ümumi hesabda Rusiya komandası 1 qızıl, 1 gümüş medalla birinci yeri tutub. İran komandası bir qızıl medalla ikinci, Azərbaycan komandası bir gümüş medalla üçüncü pillədə qərarlaşaraq kuboka layiq görülüb.
Oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Amir Ahmadi (İran, “Zanjan Climbing House”) qalxıb. Gümüş mükafatla Sergey Olxovoy (Rusiya, ÇSKA), bürünc medalla isə Kerem Talha Kaya (Türkiyə A komandası) təltif ediliblər.
Qızlar arasında isə yarışın mükafatçıları isə Darya Viktorovskoya (Rusiya, ÇSKA), Mədinə Abdullayeva (Azərbaycan, “Gömrükçü” İK) və Mariya Konovalova (Gürcüstan, “S.K. Lucky” İdman Dırmanması Klubu) olublar.