İƏT-in Əmək Mərkəzi Bakıda DOST mərkəzində fəaliyyət göstərəcək
Bakı, 22 noyabr, AZƏRTAC
“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsidir”.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, mərkəz İƏT-ə üzv ölkələr arasında əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasına təşviq edəcək.
“Əmək mərkəzi Bakıda DOST mərkəzində fəaliyyət göstərəcək. Hər bir dost ölkə mərkəzə qoşula bilər. Hazırda 10 ölkə mərkəzin nizamnaməsini imzalayıb, sabah isə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək. Eyni zamanda, mərkəzin maliyyələşdirilməsi ilk 3 il Azərbaycan Respublikası tərəfindən həyata keçiriləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]