İƏT-in İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının sessiyası keçiriləcək
Qahirə, 25 mart, AZƏRTAC
Martın 28-31-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının növbəti 17-ci sessiyası keçiriləcək.
AZƏRTAC təşkilatın Ciddədə yerləşən Baş Katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, videokonfrans formatında keçiriləcək sessiyaya İƏT-in Baş katibi Yusif əl-Osaymin sədrlik edəcək. Tədbirdə təşkilata üzv ölkələrin nümayəndələri, beynəlxalq və regional təşkilatların insan hüquqları ekspertləri iştirak edəcəklər.
Sessiyanın gündəliyinə İƏT-ə üzv ölkələrdə mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların qorunması məsələləri daxil edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]