İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub
Bakı, 25 iyun, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub.
Xatırladaq ki, 400-dən artıq nümayəndənin iştirak etdiyi tədbir bu gün yekunlaşacaq.