İƏT Parlament İttifaqının Baş katibi: Konfransın uğurunda Azərbaycanın rolu böyükdür
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycanın təşkilatçılığı və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin parlamentlərinin fəaliyyəti tədbirin uğurunda mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında İttifaqın Baş katibi Muhammed Xurayçi Niyass deyib.
O qeyd edib ki, digər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkil olunması səbəbindən bu konfrans da məhz Bakıda keçirilib.
“Görüşlərin keçirilməsi üçün yaradılan əlverişli şəraitə, konfransın və əlaqədar tədbirlərin uğurla başa çatmasına göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı ifadə edirik. Bu dəstək tədbirlərimizin uğurla nəticələnməsində mühüm rol oynayacaq”, - deyə Baş katib vurğulayıb.
Muhammed Xurayçi Niyass sonda Azərbaycan xalqına və Prezident İlham Əliyevə konfrans iştirakçılarına göstərilən qonaqpərvərliyə, səmimi münasibətə və yüksək ehtirama görə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lerikdə zəlzələ olub
- [11:51]
Slovakiyada 27 Sentyabr – Anım Günü qeyd olunub
- 26.09.2026 [23:51]
Naxçıvanda ər arvadını və baldızını bıçaqlayıb
- 26.09.2026 [22:36]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:14]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [22:00]