İKİ YOL-NƏQLİYYAT QƏZASINDA BEŞ NƏFƏR HƏLAK OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 10-da saat 5.00 radələrində Qax rayonunun Qorağan kəndi ərazisində Zaqatala rayon sakini Yusif Yunisov idarə etdiyi “Mercedes” markalı avtomaşını maneəyə vurmuşdur. Nəticədə Y.Yunisov, avtomobildə olan sərnişinlər Adil və Elşən Mehdiyevlər hadisə yerində ölmüşlər.
Hacıqabul rayonunun ərazisində Yevlax rayon sakini Balabəy Bəşirov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını qarşısında hərəkət edən “KamAZ” markalı avtomaşına vurmuşdur. Nəticədə B.Bəşirov və onun avtomobilində olan sərnişin - 45-50 yaşlı kişi hadisə yerində keçinmişlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]