İKİ YÜZDƏN ÇOX ZAQATALALI MƏZUN TƏLƏBƏ ADI QAZANMIŞDIR
Rayon mədəniyyət evində ali məktəblərə qəbul olunmuş tələbələrlə ictimaiyyətin nümayəndələrinin görüşü olmuşdur. Tədbiri giriş sözü ilə açan Zaqatala rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tələbələri bu yüksək ada layiq görülmələri münasibətilə təbrik etmiş, ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafı ilə bağlı həyata keçirilən geniş proqram və layihələrdən söhbət açmışdır.
Çıxışlarda vurğulanmışdır ki, respublikamızda təhsilin səviyyəsi ildən-ilə yüksəlir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanılan təhsil islahatları bu gün də uğurla davam etdirilir.
Təbrik və çıxışlardan sonra qəbul imtahanlarında yüksək bal toplamış məzunlara hədiyyələr təqdim olunmuşdur.
Mərasim mədəniyyət işçilərinin hazırladığı rəngarəng konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]