ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda İslam iqtisadiyyatında reallıqlar və perspektivlər müzakirə olunub
![](/files/galleryphoto/2019/3/1200x630/15720857272536653333_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572085727463158113_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720857272097315215_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720857275852733279_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720857272586758018_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720857274872264665_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572085727783130578_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720857273167733808_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda “İslam iqtisadiyyatı: reallıqlar və perspektivlər” mövzusunda seminar təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam İqtisadiyyatı Resurs və Araşdırma Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Seminarı giriş sözü ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov mövzunun aktuallığına diqqət çəkərək, ölkəmizin islam dəyərlərini daim qoruyub-saxladığını və təbliğ etdiyini bildirib. Bu dəyərlərin təməlində adət-ənənələr, milli mentalitet, mədəniyyət və digər zəngin keyfiyyətlərin dayandığını vurğulayıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atdığı uzaqgörən addımlar Prezidenti İlham Əliyev tərəfindən bun gün uğurla davam etdirilir.
Ceyhun Məmmədov qeyd edib ki, belə tədbirlərin, seminarların, dəyirmi masaların təşkil olunmasında məqsəd tələbələrimizin aktual məsələlər haqqında məlumatlandırılması, onların bilik və bacarıqlarının artırılmasıdır.
UNEC-in İqtisadiyyat kafedrasının dosenti, Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri Sərvinaz Xanlarzadə İslamın əsas məqsədinin yoxsulluğun aradan qaldırılması və insanların rifah səviyyəsinin artırılması olduğunu diqqətə çatdırıb.
Seminarda “İslam iqtisadiyyatının nəzəri əsasları”, “İslam iqtisadiyyatında faizə münasibət”, “İslam maliyyəsinə giriş” mövzularında məruzələr dinlənilib.
Tədbirin sonunda İslam iqtisadiyyatı, maliyyə, bankçılıq və şərikli biznes sahəsinə aid kitab sərgisi keçirilib.