İLİN ƏVVƏLİNDƏN BƏRİ AVTOMOBİL NƏQLİYYATI İLƏ DAŞINAN YÜKLƏRİN HƏCMİ XEYLİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən müxbirimizə bildirmişlər ki, (hüquqi şəxs yaratmadan fəaliyyət göstərən şəxslərin işinin qiymətləndirilməsi də nəzərə alınmaqla) ilin əvvəlindən bəri 28,7 milyon ton yük daşınmışdır. Bu, nəzərdə tutulduğundan xeyli artıqdır. Eyni zamanda, yük dövriyyəsinin həcmi də 12,8 faiz artaraq, 2,6 milyard ton-kilometrə çatmışdır. Sərnişin daşınmasında isə artım 1,7 faiz təşkil etməklə, 383,7 min nəfər olmuşdur. Yük və sərnişin daşınmasında özəl bölmə daha əhəmiyyətli rol oynamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]