İlin ilk 3 ayında Səngəçaldan 71 milyon barrel neft və kondensat göndərilib
Bakı, 17 may, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Səngəçal terminalı üçüncü tərəf həcmləri də daxil olmaqla 71 milyon barrel neft və kondensat, o cümlədən 63 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 8 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 0,4 milyon barrel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 30 milyon standart kubmetr (təqribən 1,1 milyard standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.
Hesabat dövründə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 30 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]