İLİN SONUNADƏK RESPUBLİKAMIZIN POÇT RABİTƏSİ SİSTEMİNDƏKİ YENİ İŞ YERLƏRİNİN SAYI 150-Ə ÇATDIRILACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, cari ilin ötən dövründə respublikanın poçt rabitəsi sistemində 100-dən artıq yeni iş yeri açılmışdır. Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Azərpoçt” Dövlət Müəssisəsinin maliyyə dəstəyi ilə paytaxtda və regionlarda yeni poçt şöbələrinin və obyektlərin istifadəyə verilməsi nəticəsində mümkün olmuşdur. İlin sonunadək daha 50 yeni iş yeri açmaq nəzərdə tutulmuşdur.