İlk dəfə olaraq “Turan masters” e-idman tədbiri keçirilib
Bakı, 10 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
“İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025” çərçivəsində “Turan masters” e-idman tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan komandaları yarışıb.
Gərgin mübarizənin sonunda Türkiyə birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü olub.