İLK DÖRDDƏBİR FİNALÇILAR MÜƏYYƏN EDİLMİŞDİR
Təsadüfi deyil ki, bu, həqiqətən ekstremal şəraitdə yarışların həkimi Leyla Zeynalovanın köməyinə tez-tez ehtiyac duyulur. Qızlar həkim çağırmaq üçün nəzərdə tutulmuş bütün taym-autlardan istifadə edirlər. Leyla xanımın tennisçiləri istidən qorumaq üçün gətirdiyi buz və naşatır spirti ən çox tələbat olan “preparatlar”dır.
Təkbətək yarışlarda isə idman mübarizəsi gərginləşir. Mütəxəssislərin fikrincə, qızların əksəriyyəti yaxşı idman hazırlığı, nəzəri bilik, qələbə əzmi nümayiş etdirir. Buna görə də görüşlərin çoxu maraqlı və məzmunlu keçir.
Avqustun 30-da dörddəbir finalda iştirak etmək hüququ qazanmış ilk oyunçular müəyyənləşmişlər. 16 yaşınadək qızlar arasında ikiqat Rusiya çempionu Yuliya Solonitsina buna asanlıqla nail olmuşdur. Hündürboylu, gözəl fiziki hazırlığa malik rusiyalı iki dəfə öz həmvətənlərini məğlub etmişdir. Ukraynalı Katerina Polunina gərgin idman mübarizəsində Teoni Sertsvadzeni 7:5, 7:6 hesabı ilə, Azərbaycan çempionu Elina Həsənova Salome Aladoşvilini 6:1, 6:1 hesabı ilə məğlub etmişlər. Yeri gəlmişkən, tennisçimiz gürcüstanlı Sofiya Kvatsaya ilə birlikdə ukraynalı duetə inamla qalib gələrək, qoşa yarışların ikinci mərhələsinə çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]