İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu qanlı tarix heç zaman unudulmayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). Bu gün bizim üçün həm kədər, həm də qürur duyulan bir gündür. Ona görə kədərli gündür ki, iyirmi dörd il bundan əvvəl sovet ordusunun qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə qəhrəman oğul və qızlarımızı vəhşicəsinə qətlə yetirmiş və ağır yaralamışlar. Müstəqilliyimizin əldə edilməsində qanları tökülən bu qəhrəmanlar 20 Yanvarı tariximizə qanlı hərflərlə yazaraq şəhidlik zirvəsinə ucaldılar. Biz onlarla fəxr edirik.
Bu sözləri Sumqayıt Şəhər Təhsil Şöbəsində fəaliyyət göstərən veteran müəllimlər şurasının sədri Məşdi Zeynalov Şəhidlər xiyabanında AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, 20 Yanvar hadisələri SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı idi. Lakin xalqımız nəinki əyilmədi, sınmadı, əksinə birləşərək imperiya qoşunlarının qarşısında əzmlə dayandı, azadlıq səsini ucaltdı, düşmənə nifrətini bildirdi.
O vaxtkı ölkə rəhbərliyinin xalqa dönük çıxdığını, hətta bu qanlı faciəni ört-basdır etmək istədiyini diqqətə çatdıran ağsaqqal Məşdi Zeynalov vurğulamışdır ki, yalnız ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dahi rəhbərin qətiyyəti və iradəsi ilə qanlı terror aktına siyasi-hüquqi qiymət verilmişdir.
İllər keçəcək, nəsillər dəyişəcək, lakin bu qanlı tarix heç zaman unudulmayacaqdır. 20 Yanvar şəhidlərinin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Allah onlara qəni-qəni rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]