İlon Mask: İnsanlar 10 il ərzində Marsın səthinə enə biləcəklər
Bakı, 10 fevral, AZƏRTAC
İnsanlar 10 il ərzində Marsın səthinə enə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu “SpaceX”in qurucusu İlon Mask deyib.
“Etiraf edirəm, mən optimistəm, inanıram ki, Marsa insanların enməsi mümkündür və bu, çox güman 10 ildən sonra mümkün olacaq”, - deyə o bildirib.
İlon Mask “SpaceX” şirkətinin Marsa uçuşlar üçün nəzərdə tutulmuş, 100 nəfər tutumuna malik və təkrar istifadə edilə bilən “Starship” gəmisinin bunun üçün hazırlandığını qeyd edib. Bu günə qədər “Starship” prototipləri bir neçə sınaq uçuşu edib və Yerə qayıdıb. Lakin indiyədək bütün sınaqlar yalnız Yer atmosferində aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]