Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar Orucov: Prezidentin son Sərəncamı da əhalinin rifahına yönəlmiş işlərin davamıdır

İlqar Orucov: Prezidentin son Sərəncamı da əhalinin rifahına yönəlmiş işlərin davamıdır

Bakı, 17 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizə 18 illik rəhbərliyi dövründə əhalinin sosial rifahının qorunması, yaşayış səviyyəsinin artırılması dövlətin əsas prioritet məqsədlərindən biri olub. Dövlət başçımızın ölkəyə rəhbərliyinin ilk günlərindən indiyədək hər birimiz bu istiqamətdə kifayət qədər sərəncamların, dövlət proqramlarının, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində gördüyü işlərə şahid olmuşuq. Bu illər ərzində sosial siyasət dövlət siyasətində başlıca yerlərdən birini tutub. Birmənalı olaraq dövlət büdcəsində imkanlar genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə dövlətin siyasətini hər bir vətəndaşımız daim hiss etmiş və etməkdədir.

Bunu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Bildirib ki, sosial sahədə islahatların son illərdə, xüsusilə geniş vüsət almasını müavinət və təqaüdlərin, pensiyaların ciddi şəkildə artırılması bir daha sübut edir: “Belə ki, görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub. Son 3 üç ildə ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti 2018-c il ilə müqayisədə 26 faizdən 2020-ci ilə 38 faizlə yüksəlib. Bu da aşağı gəlirli vətəndaşlarımızın gəlirlərinin artırılmasına, digər tərəfdən, işləyən vətəndaşlarımızın layiqli əməkhaqqı almasına gətirib çıxarıb. Eyni zamanda, bu, layiqli əməkhaqqı ilə bağlı hədəflərə nail olunması Avropa Sosial Xartiyası normalarına uyğunluğun təmin edilməsində ciddi irəliləyişdir. Son 3 ilə nəzər salsaq görərik ki, ölkəmizdə Prezidentin imzaladığı sərəncamlar, dövlət proqramları ümumilikdə 900-dən çox normativ hüquqi aktın hazırlanması ilə nəticələnib. Digər bir məsələ isə sosial təminat növləri üzrə əhalinin ödəniş alanlarının sayının 160 min nəfər artaraq ümumi əhalimizin təxminən dörddə birini əhatə etməsidir.

Oktyabrın 16-da Prezidentin “Əhalinin sosial rifahının qorunması haqqında əlavə tədbirlər barədə” Sərəncamı, xüsusilə az təminatlı və həssas qrupların maraqlarının qorunmasına və əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Sərəncamın özəlliyindən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin yaşayış səviyyəsini beynəlxalq bazarlardakı qiymətlərin ölkədaxili bazara sirayət etməsindən, xüsusilə, məhz COVID-19 pandemiyasının dünya iqtisadiyyatına göstərdiyi təsirdən qorunması sənədin vacib elementidir.

Sərəncamda da qeyd olunur ki, beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə, həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabineti əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bu sərəncam aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi ilə onların gəlirlərinin - əmək haqlarının, təqaüdlərin, digər sosial ödənişlərin məbləğlərinin artırılmasının 2022-ci ilin dövlət büdcəsində əks olunması üçün Nazirlər Kabinetinin bu istiqamətdə işlərə başlanılması ilə uzlaşdırılır.

Son sərəncam bir daha əhalinin rifahına yönəlmiş işlərin davamı olmaqla yanaşı, sosial ödənişlərdə növbəti mərhələyə uğurlu keçiddir. Sərəncamdan 1.8 milyon insan yararlanacaq. Təbii qaz və elektrik enerjisi üzrə tariflərin tənzimləməsi ilə paralel olaraq maaşların və sosial müavinətlərin artırılması tariflərdəki artımların kompensasiya edilməsi baxımından da qiymətləndirilməlidir. Bu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifah halının, güzəranının yaxşılaşdırılmasının dayandığını bir daha sübut edir. Ölkəmizdə son illərdə görülən işlərin məntiqi davamı olaraq imzalanan sonuncu sərəncamın icrası ilə nəzərdə tutulan işlər həssas, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının dövlətimizin sosial siyasətində əsas yer tutduğunu nümayiş etdirir”.

İlqar Orucov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən bizi çox qısa müddət ayırır. “Düşmən tərəfindən 30 ilə yaxın müddətdə işğalda saxlanılan torpaqların azad edilməsinin bir ilini qeyd etməyə hazırlaşırıq. Bu ərazilər minalardan təmizləndikcə, oralarda yeni və möhtəşəm infrastruktur layihələri icra olunacaq, müasir kəndlər, qəsəbələr, şəhərlər inşa ediləcək. Həmin ərazilərin iqtisadiyyatımıza verəcəyi töhfələrdən bəhrələnən Azərbaycan daha böyük uğurlara imza atacaq, daha da güclənəcək. Əminəm ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanının, Prezidentinin rəhbərliyi altında bizi qarşıda daha böyük qələbələr, uğurlar gözləyir.

Söhbətimizin əvvəlində 18 il əvvələ diqqəti yönəltmədim. 18 il öncə - 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” dedi və bu illər ərzində hər zaman Azərbaycan xalqının milli maraqlarını qorudu, torpaqlarımızın ərazi bütövlüyünü təmin etdi, bütün sahələrdə Azərbaycanı inkişaf etdirməklə hər bir azərbaycanlının firavan və xoşbəxt yaşayışının təmin edilməsi istiqamətində işlərə imza atdı. Əminik ki, Prezidentin rəhbərliyi ilə qalib dövlətimizin bütün imkanları bundan sonra da vətəndaşlarının daha yaxşı yaşamasına yönələcək”, - deyə İ.Orucov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq