İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışını BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli edib.
Konfransda BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Nəsimi yaradıcılığında hürufilik”, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin “Nəsimi - Əruz vəznində musiqi və rəqs”, dosent Mehriban Cavadovanın “Nəsimi yaradıcılığında kamil insan”, müəllim İlkinə Eminovanın “Nəsiminin həyat və yaradıcılığı” mövzularında məruzələri dinlənilib.