İmişli rayonunda həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs tutulub
Bakı, 26 may, AZƏRTAC
Mayın 25-də saat 23 radələrində İmişli rayonunun Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İmişli Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd etdiyi müəyyənləşdirilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]