REGİONLAR
İMİŞLİDƏ 8 MİN 700 HEKTAR SAHƏYƏ YAZLIQ BİTKİLƏR ƏKİLMİŞDİR
İmişli rayonunun torpaq sahibkarları yazlıq bitkilər əkininə başlamışlar. AZƏRTAC-ın müxbiri xəbər verir ki, qısa müddətdə 3 min hektara çiyid, 600 hektara kartof, 1000 hektara bostan-tərəvəz, 100 hektara qarğıdalı, 4 min hektara yonca və digər bitkilər əkilmişdir. Yaz əkininə 200-dən artıq müxtəlif kənd təsərrüfatı texnikası cəlb olunmuşdur.