İmişlidə keçirilən "ASAN teatr" festivalı başa çatıb
İmişli, 23 fevral, Mahir Babayev, AZƏRTAC
Fevralın 23-də İmişli "ASAN həyat" kompleksində "ASAN Könüllüləri" Təşkilatının təşkilatı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "ASAN teatr" festivalının bağlanış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında hazırlanan "1905-ci ildə" tamaşası nümayiş olunub. Fevralın 9-dan 23-dək davam edən festival çərçivəsində 5 müxtəlif tamaşa nümayiş etdirilib.
Festivalın məqsədi Azərbaycanın mədəniyyətinin qədim, zəngin tarixini ictimaiyyətə nümayiş etdirmək və gənclərin dünya görünüşünün formalaşmasına yönəlmiş tədbirlərin təşkilindən ibarət olub.