İmişlidə pambıq tayasında yanğın baş verib VİDEO
İmişli, 22 may, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda pambıq tayasında yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli rayonunda, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.