İmişlidə təbiətə ziyan vuran şəxs cəzalandırılıb
Bakı, 16 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı İmişli rayonunun Məmmədli kəndi ərazisində, “Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi və nəticədə təbiətə 2800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli Rayon Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]