İMİŞLİDƏ XIRMANLARA 60 MİN TON TAXIL DAŞINMIŞDIR
İmişli, 24 iyul (AZƏRTAC). İmişlidə mövsümün əvvəlindən indiyədək 18 min 203 hektar zəminin məhsulu biçilmiş, xırmanlara 60 min ton taxıl daşınmışdır.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, bu il zəmilərdən 65 min ton məhsul tədarük olunacağı proqnozlaşdırılır. Bu göstərici rayonun etibarlı toxum ehtiyatını yaratmağa, yerli əhalinin ərzaq buğdasına tələbatını ödəməyə kifayət edəcəkdir.
Qeyd edək ki, rayonda ötən ildəkindən 2.567 hektar çox - 18 min 892 hektar sahədə taxıl yetişdirilmişdir.
Rayon icra hakimiyyətində taxıl biçininə nəzarəti ardıcıl həyata keçirən qərargah fəaliyyət göstərir. Hər gün zəmilərə 70-dən çox kombayn, 100-dən çox yükdaşıyan texnika çıxarılır. “Aqrolizinq” ASC-nin 6 mexanikləşdirilmiş dəstəsi sahibkarların sərəncamına 10 kombayn, 2 səyyar təmir emalatxanası vermişdir.
Rayon icra hakimiyyətinin tövsiyəsi ilə bütün kəndlərdə zəmilərin yanğından mühafizəsi məqsədilə sutkalıq növbətçilik yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]