REGİONLAR
İMİŞLİNİN TORPAQ SAHİBKARLARI YAZ ƏKİNİNƏ HAZIRLAŞIRLAR
İmişlidə 14 min hektar sahədə yazlıq səpin keçirilməsi nəzərdə tutulmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonda aqrotexniki tələbata uyğun olaraq, 8 min hektar sahə arata qoyulmuş, kifayət qədər məhsuldar toxum ehtiyatı yaradılmış, 250-ə yaxın şum və səpin traktorları təmir edilmiş, 20 min metr uzunluqda suvarma arxları qazılmış, 200 tondan yuxarı peyin toplanmış, 2 min hektar sahəyə mala çəkilmiş, habelə bir sıra digər zəruri hazırlıq işləri görülmüşdür.