Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndiki dövrdə “infodemiya” pandemiya qədər təhlükəlidir

İndiki dövrdə “infodemiya” pandemiya qədər təhlükəlidir

Qahirə, 15 aprel, AZƏRTAC

Dünyada COVID-19 pandemiyasına qarşı mübarizənin davam etdiyi bir şəraitdə ən azı onun qədər təhlükəli olan “infodemiya” (yanlış informasiyaların yayılması) da ölkələrə və cəmiyyətlərə ciddi təhlükə törədir. Sosial şəbəkələrdə istər yeni növ koronavirusla bağlı, istərsə də iqtisadi-sosial fəsadlara səbəb olan məlumatların ictimailəşdirilməsi artıq bir sıra beynəlxalq təşkilatlar, dövlət xadimlərinin haqlı narahatlığına səbəb olub. Dünya Səhiyyə Təşkilatı dəfələrlə “infodemiya” ilə bağlı müraciətlər yayıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən böyük çağırış olan koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda “təhlükəli yanlış informasiya epidemiyası”nın fəsadlarında önə çəkilir. “İnterneti təhlükəli konspirasiya nəzəriyyələri bürüyüb. Nifrət dolu bu məlumatlar virus kimi yayılır, təşviş doğurur və insanları təhqir edir”, - deyə bəyanatda vurğulanır. Baş katib sosial media şirkətlərini COVID-19 pandemiyası ilə əlaqədar yazılan statuslarda kin və nifrət doğuran feyk xəbərlərin qarşısını almağa, insanları elmi əsaslara söykənən məlumatlara və rəsmi informasiyalara etibar etməyə çağırıb. “Gəlin birlikdə yalanların və absurd məlumatların qarşısını alaq”, - deyə A.Quterreş bəşəriyyətə çağırış edib.

Təəssüf ki, yanlış informasiyalar təkcə sosial şəbəkələr deyil, həmçinin mətbuat vasitələri, hətta bəzən nüfuzlu media orqanları tərəfindən də yayılır. Ötən ay Misir hökuməti dünyanın ən mötəbər sayılan KİV-dən biri - “The Guardian” qəzetinin müxbirinin koronavirusla bağlı yalan məlumat yaydığına görə akkreditasiyasını ləğv etmiş, “Nyu-York Times” qəzetinin büro rəhbərinə isə xəbərdarlıq məktubu göndərmişdi. Bundan başqa, İraq Prezidenti Bərham Saleh də aprelin 14-də CNN telekanalında Kristian Amanpura müsahibəsində “Reuters” informasiya agentliyinin onun ölkəsində koronavirusla bağlı yanlış informasiya yaydığını və bu səbəbdən İraq Mətbuat İdarəsinin agentliyin müxbirinin akkreditasiyasını ləğv etdiyini bildirib.

“Statista.com” portalının məlumatında bildirilir ki, koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada pandemiya ilə əlaqədar yayılan informasiyaların 7,3 faizi yalan məlumatlar olub. Bu feyk xəbərlər həm KİV-lərdə, həm də sosial şəbəkələrdə yer alıb.

“İnfodemiya” adlandırılan yeni bəlanın qlobal iqtisadi-sosial fəsadları da geniş müzakirə mövzusudur. Belə ki, ərzaq ehtiyatı, maliyyə problemləri, o cümlədən valyuta məzənnələri ilə bağı şübhəli proqnozlar bəzi ölkələrdə ciddi təbəddülatlara səbəb olub. Mağazalarda rəflərin boşaldılması, valyutadəyişmə məntəqələrində uzun növbələr, ABŞ və Kanada kimi varlı ölkələrdə əhalinin supermarketlərə kütləvi axın etməsi məhz “infodemiya” ilə bağlıdır.

Dünyada baş verən bütün bu proseslərin fonunda Azərbaycan hakimiyyətinin düşünülmüş və təmkinli siyasəti təqdirəlayiqdir. Belə ki, KİV-lər və əhali yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına istinad və etibar edir, cəmiyyət görülən tədbirlər və koronavirusla bağlı vəziyyət haqqında dəqiq informasiya ilə təmin olunur.

Azərbaycan hökuməti ölkədəki iqtisadi-sosial vəziyyətə də tam nəzarət edir. Milli valyutamız, manatın məzənnəsi ilə sosial şəbəkələrdə yayılan yanlış məlumatları və proqnozları şərh edən dövlət başçısı İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə çıxışı zamanı deyib: “İndi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar”.

Digər tərəfdən, “infodemiya” konkret ölkələrə qarşı çirkin niyyətlərini həyata keçirmək istəyən müəyyən beynəlxalq təşkilatlar və qurumlar tərəfindən də geniş yayılır. Karantin rejimini pozanlara qarşı inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsini siyasiləşdirmək, bunun əsasında ölkəmizə qarşı geniş kampaniya aparmaq istəyənlərə, xüsusən AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinə cavabında isə Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir”.

Bütün bu proseslərin fonunda görünən odur ki, BMT və digər beynəlxalq təşkilatlar, habelə hökumətlər koronavirus pandemiyası kimi ağır bir dövrdə yanlış informasiyaların, virusdan daha sürətlə yayılan və fəsadları ondan heç də az olmayan “infodemiya”nın nəticələrini təhlil edərək müəyyən tədbirlər görəcəklər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib