İndoneziya polisi ölkə tarixində rekord miqdarda kristal metamfetamin ələ keçirib
Tokio, 29 aprel, AZƏRTAC
İndoneziyanın hüquq-mühafizə orqanları ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə birlikdə ölkə tarixində rekord miqdarda - 2,5 ton ağırlığında kristal metamfetamin ələ keçirib.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Milli Polis İdarəsinin rəisi Listio Siqit Prabovo mətbuat konfransı zamanı məlumat verib. Bildirilir ki, Əfqanıstandan gətirilən və ümumi dəyəri 1,2 trilyon rinqit (təqribən 83 milyon dollar) olan metamfetamin aprelin 10-dan 23-dək Qərbi Cakartada və Açex əyalətində müsadirə olunub.
Qeyd edilir ki, İndoneziyada bundan əvvəlki rekord 2018-ci ilin fevralında müəyyən edilib. Həmin vaxt hüquq-mühafizə orqanları tərəfindən 1,8 ton ağırlığında narkotik maddə aşkar edilərək götürülüb.
Polis rəisinin bildirdiyinə görə, son əməliyyat zamanı 16 indoneziyalı və bir Nigeriya vətəndaşı həbs olunub, daha bir indoneziyalı güllələnib. Onlardan altısı haqqında məhkəmə tərəfindən 10 ildən ölüm cəzasınadək hökm çıxarılıb və əməliyyat zamanı onlar həbsxanada olublar. Lakin buna baxmayaraq, həmin şəxslər narkotiklərin beynəlxalq dövriyyəsinə nəzarət ediblər.
Əlavə olaraq qeyd edək ki, İndoneziyada narkotiklərin qeyri-qanuni dövriyyəsi ölüm hökmü ilə cəzalandırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
- 10.10.2026 [06:23]
Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam
- 10.10.2026 [06:06]
“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]