İndoneziyada yenidən zəlzələ baş verib
Bakı, 28 fevral, AZƏRTAC
İndoneziyada fevralın 19-da qeydə alınan yeraltı təkanlardan sonra yenidən 5,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təbii hadisə Sumatra adasında yerləşən Qərbi Sumatra əyalətinin Pasaman bölgəsinin 38 kilometr şimal-şərqində, 10 kilometr dərinlikdə qeydə alınıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin verdiyi məlumata görə, zəlzələ qonşu bölgələrdə də hiss edilib. İlkin araşdırmalara əsasən, ölən və yaralanan yoxdur. Sunami xəbərdarlığı elan edilməyib.
Xatırladaq ki, 2004-cü il dekabrın 26-da İndoneziyada baş verən 9,1 bal gücündə zəlzələdən sonra meydana gələn sunami nəticəsində 230 mindən çox insan həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]