İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ KADR HAZIRLIĞI İLƏ BAĞLI TƏDRİS PROQRAMI HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Beynəlxalq Mətbuat Mərkəzində informasiya texnologiyaları sahəsində kadr hazırlığı üzrə tədris proqramının təqdimatı ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbirdə Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr hazırlığı problemlərindən danışılmışdır. Qeyd edilmişdir ki, “eduCat” tədris treninq mərkəzi tərəfindən həyata keçiriləcək bu proqram ölkədə istedadlı gənclərin təliminin dəstəklənməsinə yönəldilmişdir. Proqram çərçivəsində tədris mərkəzinin xüsusi komissiyası müsabiqə əsasında “Cisko”, “Microsoft”, “Sun”, “İBM” və s. şirkətlər daxil olmaqla dünyanın aparıcı informasiya texnologiyaları şirkətlərinin sertifikatlaşma kurslarında iştirak etmək üçün istedadlı gəncləri seçəcəkdir. Bundan əlavə, “eduCat” öz müdavimlərinin işlə təmin olunmasına da yardım göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]