İNGİLİS DİLİNDƏ DƏRSLİKLƏR BİBLİYADAN ÇOX BURAXILIR
Dərsliyin müəllifi miss Naomi Simmons onun uğurunu yeni metodika ilə izah edir. O demişdir: “Burada hər şey zarafatlar, gülməli əhvalatlar, oyunlar və mahnılar əsasında qurulmuşdur. Uşaqlar gülməlidirlər.” “New Standard English”in naşiri Macmillan Education nəşriyyatının nümayəndəsi demişdir ki, bu dərslik Çində əvvəllər nəşr olunan bütün kitablardan əsaslı surətdə fərqlənir. Lakin naşirlər üçün də kitabın uğur qazanması gözlənilməz olmuşdur: ibtidai məktəbdə oxuyan 135 milyon çinli uşağın 100 milyonu ingilis dilini öyrənir.
Naomi Simmons dərsliyə görə, 160 min funt sterlinq (280 min dollar) qonorar almışdır. Müqayisə üçün deməliyik ki, Den Brauna “Da Vinçinin kodu” romanına görə, 250 milyon funt sterlinq (438 milyon dollar) müəlliflik haqqı verilmişdir.
Ginnessin Rekordlar kitabına daxil olmuş 10 ən çoxtirajlı kitabın siyahısı belədir (hesablamalar zamanı Quranın tiraji nəzərə alınmamışdır):
1. Bibliya: 6 milyard nüsxə
2. Mao Tszedunun kəlamlar kitabı: 900 milyon nüsxə
3. C.R.R.Tolkiyenin “Üzüklər hökmdarı” əsəri: 100 milyon nüsxə
4. Noa Vebsterin “Yazı qaydalarına dair Amerika soraq kitabı” : 100 milyon nüsxə
5. Ginnessin Rekordlar kitabı: 100 milyon nüsxə
6. Ümumdünya salnaməsi: 80 milyon nüsxə
7. Uilyam Holms Makqaffinin “Uşaq qiraəti antologiyası” : 60 milyon nüsxə
8. Bencamin Spokun “Uşağa qulluğun əsasları” əsəri : 50 milyon nüsxə
9. Den Braunun “Da Vinçinin kodu” romanı : 43 milyon nüsxə
10. Elbert Habbardın “Qarsiaya ismarış” kitabı: 40 milyon nüsxə