İNGİLİSLƏR AVROPANIN ƏN TOSQUN SAKİNLƏRİDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, ingilislər Avropanın ən tosqun sakinləridir. Bu qənaətə Britaniya jurnalistləri gəlmişlər. Onlar Avropa İttifaqı ölkələri səhiyyə nazirliklərinin və statistika xidmətlərinin əhali arasında artıq çəki ilə bağlı apardığı tədqiqatın nəticələrini təhlil etmişlər. Məlum olmuşdur ki, Böyük Britaniya sakinlərinin 40 faizi artıq çəkiyə malikdir. Bütövlükdə Avropa İttifaqı üzrə bu göstərici 34 faizdir.
Ağırçəkililərin reytinqində ikinci yeri ispaniyalılar, üçüncü yeri isə italyanlar tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]