İngiltərə klubu UEFA Avropa Liqasının qalibi olub
Bakı, 21 may, AZƏRTAC
İngiltərənin “Aston Villa” klubu UEFA Avropa Liqasının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Unay Emerinin başçılıq etdiyi komanda turnirin finalında Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib.
İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.
Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasında çempionluq sevinci yaşayıb. İspaniyalı mütəxəssis daha əvvəl 3 dəfə ölkəsinin “Sevilya”, 1 dəfə isə “Vilyarreal” klubu ilə titula sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]