İDMAN
İngiltərə klubunun futbolçusu kuryoz zədə alıb
Bakı, 8 oktyabr, AZƏRTAC
İngiltərənin “İpsviç” komandasının futbolçusu Aksel Tuanzebe kuryoz zədə alıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi mətbəxdə qab yuyarkən əlini zədələyib. Belə ki, sınan stəkanın şüşəsi 27 yaşlı müdafiəçinin barmağını kəsib.
Tuanzebe buna görə Premyer Liqanın VII turunda “Vest Hem”lə keçirilmiş matçı buraxıb.
Komandanın baş məşqçisi Kiran Makkenna əməliyyat olunan oyunçunun 1,5 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.