İDMAN
İngiltərə Premyer Liqası başa çatıb
![](/files/galleryphoto/2018/2/1200x630/15262315274115942976_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15262315276082547167_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15262315275590833775_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/1526231527343807358_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15262315272812213574_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/1526231527629022774_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/15262315271431442695_1200x630.jpg)
![](/files/galleryphoto/2018/2/1200x630/1526231527114964609_1200x630.jpg)
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu XXXVIII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, gözlənilməz hesab “Ceyms Park” stadionunda “Nyukas” - “Çelsi” oyununda qeydə alınıb. Meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb. Matçın 23-cü dəqiqəsində Qayle hesabı açıb - 1:0. Fasilədən sonra qarşılaşmanın 59-ci dəqiqəsində meydan sahibləri hesabı iki topa çatdırıb. Perez adını tabloya yazdırıb - 2:0. Qoldan dörd dəqiqə sonra Perez özünün ikinci komandasının üçüncü topunu vurub - 3:0. Beləliklə Antonio Kontenin yetirmələri gözlənilmədən 3:0 hesabı ilə məğlub olublar.
Misirli Məhəmməd Salahın komandası "Brayton"nu qonaq edib. "Enfild" stadionunda keçirilən qarşılaşma "Liverpul" klubunun 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Qolları Məhəmməd Salah (26), Lovren (40), Solanke (53) və Robertson (85) vurub.
Çempionluğunu vaxtından əvvəl təmin etmiş "Mançester Siti" isə səfərdə "Saupgenton" klubunu minimal hesabla məğlub edib. Oyunda yeganə qolu müəllifi braziliyalı Qabriel Xesusdur.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Börnli” - “Bormut” - 1:2
“Kristal Palas” - “Vest Bronviç” - 2:0
“Mançester Yunayted” - “Votford” - 1:0
“Hadelsfild” - “Arsenal” - 0:1
“Svonsi Siti” - “Stok Siti” - 1:2
“Tottenxem” - “Lester Siti” - 5:4
“Vest Xem” - “Everton” - 3:1.
Beləliklə 38 turdan sonra İngiltərə Premyer Liqası başa çatıb. Turnir cədvəlinə vaxtından əvvəl çempionluğu bayram edən “Mançester Siti” 100 xalla başçılıq edir, “Manşester Yunayted” 81 xalla ikinci, “Tottenxem” 77 xalla üçüncü, “Liverpul” isə 75 xalla dördüncü sıradadır.