İDMAN
İngiltərə Premyer Liqası: “Liverpul” cari mövsümdə doqquzuncu dəfə məğlub olub
Bakı, 7 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində son çempion “Liverpul” çempionatın autsayderi “Fulhem” komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol matçın 45-ci dəqiqəsində vurulub. Mario Lemina fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra aktivində 43 xal olan “Liverpul” 7-ci, “Fulhem” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, bu, “Liverpul”un cari mövsümdə doqquzuncu məğlubiyyətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]
Azərbaycanda körlinq idman bölməsi açılıb
- 08.05.2024 [11:40]
Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
- 08.05.2024 [11:23]