İngiltərədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Lids hava limanına enən sərnişin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərənin Lids Bradford Hava Limanı məlumat yayıb.
Məlumat bildirilib ki, oktyabrın 20-də günortadan sonra Korfudan Lids Bradford Hava Limanına gələn TUI turizm operatoruna məxsus layner eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb. “Biz bu vəziyyəti həll etmək və sərnişinləri təhlükəsiz şəkildə çıxarmaq üçün aviaşirkət, müvafiq işçi qrupları və fövqəladə hallar orqanları ilə işləyirik”, - məlumatda deyilir.
Təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin sayı dəqiqləşdirilməyib.
“FlightAware” uçuş izləmə portalının məlumatlarına əsasən, təyyarə “Boeing 737-800” layneri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]