İnklüziv təhsilin təşkili ilə bağlı monitorinqlər aparılır
Bakı, 26 may, AZƏRTAC
Təhsil Nazirliyi və Təhsil İnstitutu ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində görülən işləri davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, həyata keçirilən fəaliyyətlərin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etməsi, təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi və onların təhsili üçün maneəsiz mühitin yaradılmasıdır.
Fəaliyyətlər çərçivəsində Təhsil İnstitutu məktəblərin sağlamlıq imkanları məhdud uşaqların qiymətləndirilməsi, inklüziv məktəbə cəlb olunacaq korreksiyaedici təlim üzrə mütəxəssislərin və sağlamlıq imkanları məhdud uşaqların ərazi üzrə müəyyənləşdirilməsi kimi işləri icra edir.
Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planına əsasən "Ümumi təhsil müəssisələrində inklüziv siniflərin təşkili" ilə bağlı hazırda Təhsil İnstitutu tərəfindən Bakı, Sumqayıt, Şirvan, Gəncə, Şəki, Quba, Qazax və Ağcabədi şəhərləri üzrə 12 məktəbdə monitorinqlər aparılır. Monitorinqlər çərçivəsində inklüziv təhsil təşkil olunacaq ümumi təhsil müəssisələri və orada fərdi və qrup məşğələlərinin keçirilməsi üçün sinif otağı müəyyənləşdirilir.
Qeyd edək ki, monitorinqlər may-iyun ayları ərzində aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]