İNSAN HÜQUQLARI ÜZRƏ YAY MƏKTƏBİ İŞİNİ DAVAM ETDİRİR
AGHB-dən AZƏRTAC-a bildirmişlər ki, yay məktəbinin açılış mərasimində Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Təhsil Nazirliyinin, Milli Məclisin nümayəndələri ilə yanaşı, ATƏT-in, BMT QAK-ın Azərbaycandakı nümayəndələri, ABŞ, Fransa, Norveç və Türkiyə səfirliklərinin əməkdaşları çıxış etmiş, iştirakçılara uğurlar arzulamışlar.
İnsan hüquqları üzrə yay məktəbinin iştirakçıları müraciət edən 120 nəfərin arasından seçilmiş Azərbaycan vətəndaşlarıdır. İştirakçılar bakalavr, magistr, dissertant gənclərdir. Onlar nəzəri biliklərə yiyələnməklə yanaşı, praktik vərdişlər də əldə edəcəklər.
“Crescent Beach Hotel”də keçirilən yay məktəbi avqustun 20-də öz işini bitirəcəkdir. Fərqlənən iştirakçılara Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ilə İnsan Hüquqları və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutunun birgə diplomları təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]