İordaniyanın Baş naziri etiraz aksiyaları fonunda istefa verib
Bakı, 4 iyun, AZƏRTAC
İordaniya hökumətinin başçısı Hani əl-Mülki kral II Abdullah ilə görüşünün gedişində vəzifəsindən istefa verib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazirin istefası qiymət artımı və gəlir vergisi islahatlarının əleyhinə yönələn etiraz aksiyaları fonunda baş tutub. Etirazçılar hesab edirlər ki, vergi islahatları kasıb və orta əhalinin yaşayışına mənfi təsir göstərəcək.
“Əl-Cəzirə” telekanala açıqlama verən mənbənin mülahizələrinə görə, Baş nazirin istefası barədə qərar etiraz dalğasının yumşaldılması məqsədilə qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]