İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb
Bakı, 13 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, iyulun 12-də AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, iyulun 12-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 859.11 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 859.11 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 859.11 manat olması nəzərə alınmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]